Zamirə Hacıyeva Londonda həbs olundu
06
noy
2018
21:59
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin paytaxtı Londonda saxlanılıb.BAKU.WS BBC-yə istinadən xəbər verir ki, 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, ötən həftə Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır.Bildirilir ki, onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.BAKU.WS
Oxşar xəbərlər
Zamirə Hacıyevanı Britaniyadan çıxaracaqlar - yeni sensasion məlumatlar
Üzərində həbs qoyulmuş zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılan bankir arvadı çıxılmaz durumda; Britaniya hökuməti Tier-1 (Entrepreneur) viz...