Hacıqabuldakı qəzada yaralananların bəzilərinin adları məlum olub - YENİLƏNİB - FOTO
Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində qeydə alınıb. Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Hadisə yerinə Şirvan, Hacıqabul və Sabirabad rayonlarının təcili yardım avtomobilləri cəlb edilib.
Qəza nəticəsində Ucar rayon sakini, 1966-cı il təvəllüdlü Niyazova Məhəbbət Niyaz qızı, Bərdə rayon sakinləri - 1961-ci il təvəllüdlü Quliyeva Rahilə Fərrux qızı, 1966-cı il təvəllüdlü Hüseynova Hökumə Mahmud qızı, Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Qasımov Elnur Eldəniz oğlu və daha 8 nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər yaralıların da şəxsiyyəti müəyyənləşdirilr.
Faktla bağlı araşdırma aparılır.
***17:11
Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.
Hadisə zamanı çoxlu yaralının olduğu bildirilir.
Qalereya
Oxşar xəbərlər
İki dostun həbsxana DƏHŞƏTİ – Azərbaycanda ŞOK HADİSƏ
Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika....