Hacıqabulda selin dağıtdığı keçid yol bərpa olundu - FOTO
12
may
2022
12:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul rayonunun Udulu kəndindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda keçid yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində işlər davam etdirilir.
Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Sel körpünü yenidən uçurdu, yaşayış məntəqələri ilə əlaqə kəsildi - VİDEO
Hacıqabulda sel körpünü yenidən uçurub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Udulu kəndi əra...