Hacıqabul polisindən ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlamaqda şübhəli bilinən Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
Beyləqan rayonunda 1981-ci il təvəllüdlü Mehdi fermada Sevdaya (adlar şərti verilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib. Teleqraf.com-un əldə etdiy...