“Gəzməyə gəlmişdik” – İş başında tutulan “Qızıl ovçuları” DANIŞDILAR – VİDEO
02
sen
2018
13:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə qızıl axtarışına çıxanlar arasında İran vətəndaşı da var.ARB TV xəbər verir ki, Şəkinin Daşüz kəndində Səbətli deyilən ərazidə qızıl, zinət və digər qiymətli əşyalar axtarmaq məqsədilə qanunsuz qazıntı işləri aparmaq qərarına gələn Bakı sakinləri Sahil Abuşov, Gündüz Əliyev, İran vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt sakini Namiq Şahmalıyevin planları baş tutmadı.Sahil Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. Mübariz Zeynalov da Novruz Mənəfovun vasitəsi ilə Qax rayonunun Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb. Abuşov traktor sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Qanunsuz qızıl axtaranlar iş başında yaxalanıblar. Daxil olmuş məlumat əsasında Şəki Şəhər Payon Polis Şöbəsi əməkdaşları dərhal əraziyə gedib.Saxlanılan şəxslər bir ağızdan: “Gəzməyə gəlmişdik” deyiblər.Faktla bağlı araşdırmalar davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Qubada soyğunçuluq edən dəstə tutulub
Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən soyğunçuluq cinayətlərinin qarşısının alınması və ötən dövrlərdən bağlı qalan bu tipli qanu...