Gürcüstandan qanunsuz yolla gətirilən avtomobil təkərləri aşkarlandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatının araşdırılması zamanı məlum olub ki, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən Gürcüstandan "şəxsi istehlak" adı altında avtomobil ehtiyat hissələrinin kommersiya məqsədi ilə gətirilməsi həyata keçirilir.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan hüquq pozuntularının qarşısının alınması məqsədi ilə müvafiq əməliyyat qrupu yaradılıb. Keçirilən tədbir nəticəsində Qazax-Bakı avtomagistralı ilə hərəkət edən "Mercedes-Benz 1217" markalı avtomobil Ağstafa rayonunun Qırlı kəndinin ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb. Baxış zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində 700 ədəd işlənmiş təkər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Rusiyadan gələn "Mercedes”in içindən çıxanlar gömrükçüləri təəccübləndirdi - FOTO
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəza...