Gürcüstandan gələn külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO

Gürcüstandan gələn külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO
Hadisə 499

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında gömrük nəzarətinə bəyan edilməyən 606 ədəd müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstandan gələn külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər