Gürcüstandan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə tütün məmulatlarının və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdikləri "Vaz 21074", "Mercedes Benz E 240" və "Chevrolet Cruze" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində 2400 ədəd "King", 3800 ədəd "Marlboro" markalı siqaretlər və üzərində "Neft" yazısı olan 27 ədəd 0,7 litrlik spirtli içki aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
14 min ədəd siqaretin ölkəyə keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21 07" markalı avt...