Gürcüstanda məktəb yaxınlığında partlayış - azərbaycanlı yeniyetmə öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib.
BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə nəticəsində etnik azərbaycanlı olan 11 və 15 yaşlı iki qardaş yaralanıb.
Ağır bədən xəsarətləri alan 15 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 11 yaşlı uşağın isə yüngül xəsarətlər aldığı və həyatına təhlükə olmadığı bildirilib.
Atasının sözlərinə görə, partlayışa səbəb uşaqların məktəbdən qayıdarkən tapdığı naməlum əşya olub.
Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...