Gürcüstanda azərbaycanlıların fabrikinə silahlı basqın - FOTO

Gürcüstanda azərbaycanlıların fabrikinə silahlı basqın - FOTO
Hadisə 844

Gürcüstanın Zuqdidi şəhərində yerləşən “Tural Group” adlı Azərbaycan şirkətinə məxsus fındıq fabrikinə silahlı basqın olub.BAKU.WS report-a istinadən xəbər verir ki, saat 22:00 radələrində üç maskalı şəxs fabrik binasına basqın edərək, 50 min lari məbləğində pul oğurlayıb.

Şirkətin meneceri Maya Mikava bildirib ki, basqınçılar fabrik əməkdaşını döyüblər və o, xəstəxanaya çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi fındıq fabrikindən oğurluq olması faktını təsdiqləyib. Faktla bağlı istintaqa başlanılıb.

Qeyd edək ki, “Tural Group” şirkətinə məxsus fındıq fabriki Zuqdididə ən iri müəssisələrdən biridir. Şirkət 2016-cı ildə qeydiyyata alınıb.

BAKU.WS

Oxşar xəbərlər

Qazaxın icra başçısının keçmiş müavininin evinə basqın olub

Qazaxın icra başçısının keçmiş müavininin evinə basqın olub

Qazax rayonunda maskalı şəxs evə basqın edib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Bakı küçəsində qeydə alınıb. Be...

752 Hadisə 22:00 12 noyabr 2018

Son xəbərlər