Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı xəsarət aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda, Kobuleti-Batumi yolunda bu gün səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı xəsarət alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, avtobus və yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Qəza səbəbindən yolun bir hissəsi müvəqqəti olaraq bağlanıb və nəqliyyatın hərəkəti köhnə marşrut üzrə dəyişdirilib.
Məlumata görə, qəza zamanı xəsarət alan yük maşının sürücüsü, 49 yaşlı Azərbaycan vətəndaşı xəstəxanaya aparılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel...