Gümüşhanedə baş verən zəlzələdən sonra Naci Görür xəbərdarlıq etdi: "Yeri önəmlidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən zəlzələdən sonra Naci Görür xəbərdarlıq etdi.
BAKU.WS xəbər verir ki, AFAD-ın məlumatına görə, bu gün səhər saat 06:09-da Gümüşhanənin Kelkit rayonunda 4.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerin 5.09 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ Gümüşhanə ilə yanaşı Erzincan və ətraf vilayətlərdə də hiss olunub.
Yer elmləri üzrə mütəxəssis Prof. Dr. Naci Görür zəlzələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək əhəmiyyətli bir məqama toxunub:
"Dostlar, Şərqi Anadolu Fayının Erzincan seqmentinə bağlı, Eskiyol bölgəsində qısa bir fay üzərində 4.1-lik zəlzələ baş verib. Yeri önəmlidir. Keçmiş olsun. Sevgi ilə," - deyə Görür bildirib.
Qeyd edək ki, bölgədə əvvəllər də aktiv seysmik hərəkətlər müşahidə olunub və mütəxəssislər bu kimi zəlzələlərin gələcəkdə baş verə biləcək daha güclü təkanların xəbərçisi ola biləcəyini istisna etmirlər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....