Güclü qar ağacı mağazanın üzərinə aşırdı - Yaşlı qadın...
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad şəhəri ərazisində ağacın devrilməsi nəticəsində bir vətəndaşın köməksiz vəziyyətə düşməsi barədə siqnal daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Daxil olmuş məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə yönəldilib.
Hadisə yerinə çatan xilasedicilər xüsusi avadanlıqların köməyi ilə yağan qarın ağırlığına tab gətirməyərək meyvə-tərəvəz mağazasının üzərinə aşmış ağacı hissələrə bölərək ərazidən kənarlaşdırıblar. Görülən tədbirlər nəticəsində 1966-cı il təvəllüdlü Əhmədova Anaxanım Sənhan qızı xilas edilib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...