Güclü külək bu rayonları işıqsız qoyub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.
BAKU.WS "Azərişıq" ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.
Dərhal hadisə yerinə gələn "Azərişıq" ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Güclü külək Ağdam, Tərtər və Bərdə rayonlarına ziyan vurub - FOTO
Fevralın 25-də güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.Ağdam Rayon Fövqəladə Hallar Komissiyasından BAKU.WS-in bölgə müxbirinə bildiriblər...