Göygöldə soyğunçuluq və oğurluq edən şəxslər saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sərkarlı kənd sakininin evinə qeyri-qanuni yolla daxil olaraq vətəndaşın boğazındakı qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəyən rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayonun Hacıməlik kəndi ərazisindən ümumi uzunluğu 800 metr olan yüksək gərginlikli elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakinləri Gülağa və qardaşı Elvin Əsgərovlar saxlanılıb. Həmin şəxslər istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...