Göygöldə QƏZA: Beş nəfər xəsarət alıb
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.
Belə ki, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov olduğu qeyd edilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin regional qrupund...