Göygöldə qanunsuz tikintinin qarşısı alınıb - FOTO

Göygöldə qanunsuz tikintinin qarşısı alınıb - FOTO
Foto
Hadisə 2

Göygöl rayonunda kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqda aparılan tikinti sökülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kəndində yerləşən 0.11 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evi tikintisi aparılması faktı aşkar olunub.

Aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dərhal dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edək ki, bu cür məsələlərlə bağlı aparılan monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda norma və qaydalara riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.

Son xəbərlər