Göyçayda yaşayış evi yanıb

Göyçayda yaşayış evi yanıb
Hadisə 92

Göyçay rayonunda fərdi yaşayış evində yanğın olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qasımov Nahid Kamal oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yanıb, iki otağı alovdan mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər