Göyçayda sahibkar intihar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Göyçay şəhərində yaşayan 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asaraq öldürüb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar.
Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...