Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Göyçay rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişiblər.
Əldə etdiyimiz məlumata görə, qəzada həyatını itirən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub.
Qeyd edək ki, qəza zamanı avtomobillərdə olanlar - 1968-ci il təvəllüdllü İmran Əmrahov və bacısı, 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1988-ci il təvəllüdlü sürücü Arzu Feyzullayeva və 2016-cı il təvəllüdlü L.Feyzullayeva xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....