Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
27
may
2026
15:08
Göyçay rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.
Tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub.
E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi"
Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərən şəhidlərimizdən biri də Qəzənfər Mütəllimovdur. O, yaralı hərbçilərin döyüş meydanından təxliyəsində iştirak...