Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 42 yaşlı Vüqar Mirzəyev və 45 yaşlı Tural Əzizov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...