Göyçayda iki avtomobil toqquşub, ölən var
19
okt
2024
08:55
Göyçayda iki avtomobil toqquşub, ölən var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.
Belə ki, Göyçayın Yalman kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Aqil Telman oğlunun idarə etdiyi "QAZ-24" və rayonun Qaraxıdır kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Zamiq Ələsgər oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Nəticədə "VAZ-2107"in sürücüsü Zamiq Kərimov aldığı ağır xəsarətdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökm...