Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, yanğın zamanı kənd sakini 56 yaşlı Şirinov Sahib Mikayıl oğluna məxsus ümumi sahəsi 300 kv metr olan talvarın yanar konstruksiyaları, talvarında dayanmış "FORD" markalı tranzit yük maşını, eləcə də həyətdə olan 200 kv metr olan tövlə və onun içərisindəki elektrik generatoru yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Alov söndürülüb və genişlənməsinin qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.
Qalereya
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...