Goranda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclar yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Bakıda avtomobil motosikleti vurub
Bu gün axşam saatlarında Bakının Binəqədi rayonunda avtomobil motosikleti vurub. APA xəbər verir ki, hadisə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi, "Elit"...