Goranboyda zəhərlənən 30 yaşlı kişi xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib.
Belə ki, azyaşlı uşaq "Niasitolu" pivə bakalına töküb, Y. İbrahimov isə bilməndən onu içib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...