Goranboyda yük avtomobili çaya aşıb, ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 8-də saat 16 radələrində rayonun Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Orucov Yusif Ənvər oğlu idarə etdiyi "KamAZ" yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi çaya aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Goranboy RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...