Goranboyda damarı kəsilən şəxsin vəziyyəti AÇIQLANDI

Goranboy rayonunun Kəpənəkçi kəndində damarı kəsilən şəxsin son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 25-i, saat 23:40-da 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxs xəsarət alması səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sağ biləyin və əlin açıq yaraları diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib", - deyə məlumatda bildirilir.
*** 10:30
Goranboy rayonunun Kəpənəkçi kəndində toydan çıxan gəncin damarlarını kəsməsi ilə bağlı yeni təfərrüat məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Hüseyn Əsgərov damarlarını qəsdən kəsməyib.
"O, çay süzərkən termos partlayıb və nəticədə damarı kəsilib", - deyə məlumatda bildirilir.
*** 01:46
Goranboy rayonunun Kəpənəkçi kəndində toydan çıxan gənc damarlarını kəsib.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, toydan çıxaraq evinə gedən 2007-ci il təvəllüdlü Hüseyn Əsgərov bu addımı içkinin təsiri altında atıb.
O, yaxınları tərəfindən xəstəxanalardan birinə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta ağırdır.
18 yaşlı gəncin hansı səbəbdən damarlarını kəsdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Çernobıl faciəsindən dəhşətli faktlar: "İlk günlər orada sadəcə 15-16 dəqiqə işləməyə icazə verilmiş
"Məni Çernobıl faciəsi baş verəndən bir il sonra ora göndərdilər. Bu faciə ağlasığmaz idi". BAKU.WS xəbər verir ki, bu sözləri Photostock.az-a Çernobıl faciəsi...