Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO
26
okt
2021
10:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda fərdi ev yanıb, 1 nəfər xəsarət alıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şəfibəyli kəndində baş verib. Yanğın hadisəsi zamanı, 1954-cü il təvəllüdlü Solmaz Yunis qızı Qasımova qolundan yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qalereya
Oxşar xəbərlər
FHN-dən Badamdarda dağlıq ərazidə baş verən yanğın barədə AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Məlumat verildiyi kimi, 25 iyul 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bad...