Goranboyda ağır qəza - Ölən və yaralananlar var - YENİLƏNİB

Goranboyda ağır qəza - Ölən və yaralananlar var - YENİLƏNİB
Foto
Hadisə 252
***21:00*** Qəzada ölən və yaralanan şəxslərin adları məlum olub. BAKU.WS xəbər verir ki, hadisə nəticəsində 1976-cı il təvəllüdlü Şəmkir rayon sakini Hikmət Əhmədov dünyasını dəyişib. Daha iki nəfər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. ***20:31*** Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məluamata görə, hadisə Zazalı kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, aralılar var. Zərbənin təsirindən "ZİL" markalı avtomobil yol kənarına aşıb. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq təfərrüatları öyrənilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər