Gömrükçülər Rusiyadan gələn şəxsdən narkotik vasitə və siqaretlər aşkarlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Yalama” gömrük postunda Rusiya Federasiyasına gedən qatara gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı vaqonunun təkərlərinin arasında olan boşluqda gizlədilən ümumilikdə 125 qram narkotik vasitə marixuana aşkar edilib.
Daha bir fakt isə Samur gömrük postunda qeydə alınıb. Belə ki, Rusiya Federasiyası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun təkərindən, eləcə də avtomobilin ehtiyat təkərlərinin içərisində 90 520 ədəd “Parliament Heets” markalı və yararsız vəziyyətdə daha 28 000 ədəd siqaret aşkarlanıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
15 kiloqrama yaxın narkotik satışının qarşısı alındı - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat təd...