Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu – FOTO
14
iyl
2018
13:23
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.BAKU.WS “azvision.az”a istinadən xəbər verir ki, Əliyev Akif İsmayıl oğlu 1966-cı ildə Ermənistan SSR-də anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.
Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.Əliyev Seymur Ceyhun oğlu 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.
Rüstəmov Elman İlham oğlu 22.01.1997-ci ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.
Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.Kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə (“facebook”, “twitter”, “instagram” və s.) istifadəçiləri bir daha xəbərdarlıq olunmaqla, bəyan edilir ki, istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilir və qanunsuz çağırışlara yol verən şəxslər barəsində ən ciddi tədbirlərinin görülməsi təmin ediləcəkdir.BAKU.WS
Oxşar xəbərlər
Gəncədə terror çağırışı edənlərin həbsi başlandı, xaricdə yaşayanlar axtarışa verildi
Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barəsində 21 cinayət işi başla...