“Gəlinlik paltarı geyinmədim, evdən də qaçdım” – Zeynəb Dostəliyeva – VİDEO

“Gəlinlik paltarı geyinmədim, evdən də qaçdım” – Zeynəb Dostəliyeva – VİDEO
Video
Hadisə 1871
ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub.O, proqramda ilk və uğursuz evliliyindən danışıb:“Dedilər ki bu qız bizimdir. Bu barədə heç anlayışım da yox idi. 5-ci sinifdə ailə qurmaq mənə çatmır. Elə sevinirdim ki, nişanlım gəlib. O dövrdə belə idi. Mən sonradan dərk etdim ki, mənim həyat yoldaşım məndən zəhmli, sözü keçən, məndən artıq pul qazanan, dərrakəli insan olmalıdır. Məndən daha üstün olmalıdır. 10-cu sinifdə toy edəndə gəlinlik paltarı geyinmədim. Evdən də qaçdım, qalmadım. Məni başa düşdülər. Əmim oğlu idi oğlan. Onu özümüz evləndirdik sonra. İndi ailəsi də var, uşağı da, nəvələri də var. O da məni başa düşdü. Dedim ki, sən mənlik deyilsən, zəifsən. Elə bil ki, əmiqızı kimi məni əzizləyirdi”.BAKU.WS

Son xəbərlər