“Get, kimə şikayət edirsən, et” deyən “BakuBus” sürücüsü işdən çıxarıldı - AÇIQLAMA - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə “BakuBus” sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. Belə ki, 32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib.
“Get, kimə şikayət edirsən, et” deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, məsələ barədə “BakuBus” MMC-dən bildirilib ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb:
“Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapdı. Sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.
Bu kimi halların qarşısını almaq üçün sərnişinlərlə əlaqə imkanlarımızı genişləndirmişik ki, anında reaksiyaları ala bilək. Xidmət keyfiyyətinin daha da yüksək səviyyəyə çatdırılması baxımından keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəyini öyrənirlər”.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...