Gəncəyə 6 raket atıldı - Hamısı göydə vuruldu (YENİLƏNİB)
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi, 05 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.
Məlumata əsasən, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.
20:11
İşğalçı Ermənistan silahlı birləşmələri Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir.
BAKU.WS-in məlumatına görə, bir neçə dəqiqə öncə Gəncə yenidən raket atəşinə tutulub. Şəhərə 6 raketin düşdüyü bildirilir.
Oxşar xəbərlər
Horadizə top mərmisi atılıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əmə...