Gəncədə Zəfər Günü avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

Gəncədə Zəfər Günü avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO
Foto
Hadisə 204

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 Noyabr - Zəfər Günündə qohumuna məxsus “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə M.Rzayev sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gədəbəydə avtoxuliqanlıq edən şəxs həbs edilib - FOTO

Gədəbəydə avtoxuliqanlıq edən şəxs həbs edilib - FOTO

Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə...

277 Hadisə 10:05 21 avqust 2021

Son xəbərlər