Gəncədə zavoddakı yanğın tam SÖNDÜRÜLÜB
Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
Samux rayonunun ərazisində güclü yanğın başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yanğın Samux-Gəncə yolunun kənarında günəbaxan tumu istehsalı fabrikində qeydə alınıb.
Alovun qarşısını almaq üçün Samux və Gəncədən 10 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub.
Oxşar xəbərlər
Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb
Bakının Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb. BAKU.WS-in əldə etdiyi məlumata görə, Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxir...