Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda avtobus xarab olub yolda qaldı
Bakıda sərnişin avtobusu xarab olub, yollarda sıxlıq yaranıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyası yaxınlığında,...
