Gəncədə valideyn məsuliyyətsizliyi: Azyaşlı övladı ilə sükan arxasına keçdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində sürücü məsuliyyətsizliyinin görüntüləri yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sürücü azyaşlı uşağını sükan arxasında əyləşdirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücü saxlanılıb və onunla profilaktik söhbət aparılıb:
“Sürücü Kənan Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunub, məsuliyyətə cəlb olunub”.
K.Muradovun qaydaları kobud surətdə pozmasının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Avtomobilini magistral yolda sürmək üçün 12 yaşlı oğluna verən ata DANIŞDI - VİDEO
Ölkəmizdə yetkinlik yaşına çatmayanların sükan arxasına keçib avtomobil idarə etməsi kimi hadisələr bu gün də ara-sıra müşahidə edilir. Belə hallara regionlarda...