Gəncədə "şortik" DAVASININ TƏFƏRRÜATI: "Ayıbdır, camaat baxır"
Gəncədə "şortik" mübahisəsi qanla nəticələnib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayədə yaşayan Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov "şortik" geyindiyinə görə həyətdəki gənclər onunla mübahisə ediblər.
Bu zaman kişiyə bir neçə bıçaq xəsarəti yetirilib.
"Eşitdiyimə görə, kişiyə deyiblər ki, ayıbdır, camaat baxır, niyə "şortik"lə küçəyə çıxıbsan? Ona görə, mübahisə yaranıb. Deyəsən, hadisəni törədənlər sərxoş olublar", - qonşu Amid Həsənov deyib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İlimşah Şahvələdova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda ödəmə terminalından 13 min manatdan çox pul oğurlanıb
Bakıda ödəmə terminalından 13 min manatdan çox pul oğurlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda y...