Gəncədə sərnişin avtobusu aşıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin çıxışında, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşdığı bildirilir.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhərdaxili sərnişin daşınması ilə məşğul olan avtobusun aşması ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
TƏBİB: Şəkidə avtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb - YENİLƏNİB
Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub. TƏBİB-in verdiyi məlumata görə, vətən...