Gəncədə küçədə avtomobil yanıb - FOTO
30
apr
2023
22:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə küçədə dayanan avtomobil qəfildən alışıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, şəhərin Cavad xan küçəsində park olunmuş “Daewoo Nexia” markalı avtomobil anidən yanıb.
Hadisə yerinə FHN-nın Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə maşınları və əməkdaşları cəlb olunub. Alov qısa zamanda söndürülüb.
Yanğın zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda meşədə baş vermiş yanğın söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi y...