Gəncədə evdən 18 min manatlıq oğurluq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində oğurluq olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 13 500 manat dəyərində qızıl-zinət əşyaları, 4350 manat dəyərində 5 ədəd qol saatı və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Oxşar xəbərlər
Şirvanda narkotacir tutuldu, 45 min manatlıq oğurluq edənləri ələ verdi - VİDEO
Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Şirvan Rayon Polis Şöbəsinin (RPŞ) əməkd...