Gəncədə ərinin işgəncə verdiyi qadının gözləri amputasiya ediləcək - YENİLƏNİB

Gəncədə ərinin işgəncə verdiyi qadının gözləri amputasiya ediləcək - YENİLƏNİB
Hadisə 394

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində əri tərəfindən gözləri çıxarılan qadının son vəziyyəti barədə açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyeva 10.11.2022-ci il tarixində saat 10:00 radələrində koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olub:

“Ona zəruri tibbi xidmət göstərilib. Hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi davam edir. Yaxın günlərdə gözlərinin amputasiya edilməsi nəzərdə tutulub”.

Gəncə Şəhər Prokurorluğunun yaydığı məlumatda qeyd edilir ki, ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***07:56

Gəncə şəhərində kişi həyat yoldaşının gözlərini çıxarıb, sonra isə intihar edib. Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, axşam saatlarında Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində 1965-ci il təvəllüdlü Səttar Cəlilov həyat yoldaşı - 1982-ci il təvəllüdlü H.Quliyevanın qollarını bağlayıb, daha sonra hər iki gözünü bıçaqla çıxarıb. Bu əməlin ardınca onun özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar etdiyi deyilir.

Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.

Ailənin 9-cu sinifdə oxuyan oğlu isə hadisədən bir neçə dəqiqə öncə atası tərəfindən dükana göndərildiyi bildirilir.

Qeyd edək ki, cütlük bir müddət küsülü olub. S.Cəlilov bir müddət öncə cərrahi əməliyyat olunduğundan qadın ona baxmaq üçün yenidən evinə qayıdıbmış.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və olayla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər