Gəncədə beton hasara çırpılan avtomobil yanıb, xəsarət alan var - FOTO

Gəncədə beton hasara çırpılan avtomobil yanıb, xəsarət alan var - FOTO
Foto
Hadisə 121

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə Beynəlxalq Hava Limanı istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki 2005-ci il təvəllüdlü E.Paşayev idarə etdiyi "Changan" markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpılıb. Nəticədə yol kənarındakı bir neçə ağac qırılıb, avtomobilin ehtiyat hissələri yolun kənarına dağılıb.

Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda dönərxanada YANĞIN başlayıb

Bakıda dönərxanada YANĞIN başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...

85 Hadisə 22:59 18 yanvar 2026

Son xəbərlər