Gəncədə avtoxuliqanlıq edən sürücülər həbs ediliblər - FOTO/VİDEO

Gəncədə avtoxuliqanlıq edən sürücülər həbs ediliblər - FOTO/VİDEO
Foto Video
Hadisə 131

Gəncə şəhərində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

BAKU.WS xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Cahad Əlizadə, Fərid Quliyev, Zaur Cabbarzadə və Elvin Qasımovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

"Mercedes", BMW və VAZ-21074 markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z.Cabbarzadə və E.Qasımov 15 sutka inzibati qaydada həbs edilib, digər sürücülər barəsində isə başqa tənbeh tədbirləri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"İmprotex Motors” 25 illik yubileyində ilk BMW XM avtomobilinin təqdimatı - FOTO/VİDEO

"İmprotex Motors” 25 illik yubileyində ilk BMW XM avtomobilinin təqdimatı - FOTO/VİDEO

17 Aprel tarixində BMW avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Improtex Motors" şirkəti "Fairmont” otelində 25 illik yubileyini və ekstravaqant dizaynlı...

18 Promo 09:31 21 aprel 2023

Son xəbərlər