Gəncədə avtomobil 42 yaşlı kişini vuraraq öldürüb
26
dek
2023
23:23
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Vəli Xuluflu küçəsində avtomobil piyada - 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.
Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Boşandığı üçün bacısı və yeznəsini öldürdü - VİDEO
2019-cu il fevralın 5-i saat 13 radələrində DİN “102” xidmətinə özünü təqdim etməyən bir qadından zəng gəlir. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, həmin...