Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb
18
avq
2025
09:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, avqustun 13-də 1998-ci il təvəllüdlü Məmmədov Hüseyn Bəhrəm oğlu idarə etdiyi "Mercdes" markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Quliyeva Mehriban Əli qızını vurub.
Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Mehriban Quliyeva ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...