Gəncədə 36 kq narkotiki gizlədən qadın saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram marixuana da aşkar edilib.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisin...