Gəncədə 3 maşın toqquşub - Xəsarət alanlar var
22
mar
2021
20:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev prosspektində baş verib. "Nissan" markalı avtomobil hərəkətdə olan daha iki avtomobillə toqquşub. Hadisə zamanı 1996-cı il təvəllüdlü Həsənov Əli Sərxan oğlu və 2004 cü il təvəllüdlü Seyidov Fərid Elman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə,yaralıların vəziyyəti orta ağırıdır. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub,qəzanın səbəbləri dəqiqləşdirilir
Oxşar xəbərlər
Gəncədə ağır qəza - 1 nəfər öldü (YENİLƏNİB)
Gəncə şəhərində baş verən yol qəzasında yaralananların adları məlum olub. BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Ab...